Klinik Tibbi Mərkəzə 106 nəfər zəhərlənmə ilə müraciət edib, 3-ü ölüb - KTM

 Klinik Tibbi Mərkəzə 106 nəfər zəhərlənmə ilə müraciət edib,    3-ü ölüb - KTM
  05 Mart 2024    Oxunub:913
2024-cü ilin fevral ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 106 nəfər daxil olub.
Bu barədə AzVision.az -a KTM-dən məlumat verilib. Qeyd edilib ki, şöbəyə qəbul edilən xəstələrdən 11-i dəm qazından, 52-si dərmandan və 9-u etanoldan zəhərlənən şəxslərdir.

Həmçinin 10 nəfər allergik reaksiyadan, 24 nəfər isə sirkə turşusundan zəhərlənib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3-ü (kişi cinsli) dünyasını dəyişib.

Ölüm halları sirkə turşusu, etanol və dərman zəhərlənmələrindən qeydə alınıb.

AzVision.az


Teqlər:





Xəbər lenti