Dövlət qurumlarının informasiya resurslarında boşluqlar aşkarlandı

   Dövlət qurumlarının informasiya resurslarında boşluqlar aşkarlandı
  05 Mart 2024    Oxunub:860
Bu ilin yanvar ayında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən aparılan audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində dövlət qurumlarının 68 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanaraq, aradan qaldırılması üçün müvafiq bildirişlə dövlət qurumlarına göndərilib.
Xidmətdən AzVision.az -a bildirilib ki, bu, bir il əvvəlki göstərici ilə müqayisədə 84% artım deməkdir. Xatırladaq ki, 2023-cü ildə dövlət qurumlarının 697 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 142 ədəd və ya 26% çoxdur.

AzVision.az



Teqlər:





Xəbər lenti