Bakı Su Həftəsinə 90-a yaxın şirkət qatılacaq

Bakı Su Həftəsinə 90-a yaxın şirkət qatılacaq
  05 Mart 2024    Oxunub:1193
Azərbaycanda etibarlı su təchizatına nail olunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bu sahənin ölkədə inkişafı, mövcud çətinlikləri aradan qaldırılması və həll yollarının müzakirəsi üçün Azərbaycan Dövlət Su Agentlitinin dəstəyi ilə 12-14 mart tarixlərində Bakı Su Həftəsi keçiriləcək.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Agentlitinin nümayəndəsi Səməd Rzazadə deyib. O qeyd edib ki, Bakı Su Həftəsində 16 ölkədən 90-a yaxın şirkət iştirakını təsdiqləyib.

"Müasir dövrdə dünya bir sıra yeni qlobal çağırışlarla üz-üzədir. Digər faktorlarla yanaşı, su mənbələrinin çatışmazlığı dünyanı təhdid edan ən vacib problemlərdən birinə çevrilib. Etibarlı su təminatı, su ehtiyatlarından səmərəli şəkildə istifadə son dövrlərdə dünya ölkələri qarşısında duran strateji məsələdir. Azərbaycan da bu cəhətdən istisna deyil. Su ehtiyatlarının idara edilmasi həm ekoloji baxımdan, həm də ölkənin su təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Su təhlükəsizliyi, etibarlı va davamlı su təchizatına nail olunması Azərbaycanda dövlət siyasətinin prioritet sahələrindən birini təşkil edir. Bu sahəsinin gələcək inkişafı və mövcud problemlərinin həlli istiqamətində Bakı Su Həftəsi sərgisi öz töhfəsində verəcək".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti