Şəfiqə Məmmədova imtina etdi, Rasim Balayev sədr oldu

Şəfiqə Məmmədova imtina etdi,  Rasim Balayev sədr oldu
  05 Mart 2024    Oxunub:2108
Xalq artisti Rasim Balayev yeni yaradılan Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib.

***
Xalq artisti Şəfiqə Məmmədova bildirib ki, yeni yaradılan ittifaqın sədrliyinə namizədliyini verməyəcək.

***
"Rasim Balayevlə Şəfiqə Məmmədova bacı-qardaş kimidirlər. Mən ittifaqların birləşməsinin əleyhinəyəm".

AzVision.az xəbər verir ki, bunu kinorejissor Oqtay Mirqasımov Azərbaycan kino ittifaqlarının birləşmiş konfransında deyib.
“Birləşmə dağıdıcı proses ola bilər. Səbəb sadədir. Səsvermə bərabər deyil. Yuxarı orqanlara müraciət etmişik. Bu, çox şübhəli məsələdir”.

Bundan sonra kinorejissor konfrans zalını tərk edib.
***
Azərbaycandakı kino ittifaqları - Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqtafçılar İttifaqı (ARKİ) bu gün rəsmi surətdə birləşəcək.

AzVision.az xəbər verir ki, hazırda ittifaqların birləşmiş konfransı keçirilir. Konfransa yeni yaradılacaq təşkilatın Nizamnaməsinin təsdiqi, sədrinin və idarə heyətinin seçilməsi nəzərdə tutulub.

Xatırladaq ki, iki kino ittifaqının birləşməsi məsələsi ötən il gündəmə gəlib. 2023-cü il iyulun 26-da AKİ və ARKİ idarə heyətlərinin birgə iclası keçirilib və hər iki təşkilatın birləşməsi haqqında birgə bəyanat qəbul edilib.

AKİ 1963-cü ildən fəaliyyət göstərir. İttifaqın İdarə Heyətinin hazırkı sədri Xalq artisti Rasim Balayevdir. ARKİ 2012-ci ildə yaradılıb və İdarə Heyətinin sədri Xalq artisti Şəfiqə Məmmədovadır.














Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti