"Şagirdlərin xarici dil bilikləri artıb" - Məleykə Abbaszadə

   "Şagirdlərin xarici dil bilikləri artıb" -    Məleykə Abbaszadə
  05 Mart 2024    Oxunub:871
Məktəblərdə xarici dil fənləri aşağı səviyyədə tədris olunur. Xarici dil imtahanları verən 9-cu sinif şagirdlərinin müvafiq bilik səviyyəsi A2-dir.
AzVision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər və sertifikasiya imtahanının təqdimatı ilə bağlı keçirilən tədbirdə deyib.

O bildirib ki, 11-ci sinfi bitirən şagirdlərinin xarici dil bilikləri B1-dir.

“Əvvəlki illərlə müqayisədə şagirdlərin xarici dil bilikləri artıb. Mən istərdim ki, müsbət dinamika şagirdlərin riyaziyyat biliklərində də özünü göstərsin”, - deyə Məleykə Abbaszadə bildirib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti