Azərbaycan dili bacarıqları üzrə imtahan modeli hazırlanıb
O bildirib ki, belə bir proqramın hazırlanması və imtahanın keçirilməsi Azərbaycan dilini öyrənənlərin dil bacarıqlarının beynəlxalq standartlar əsasında ölçülməsini təmin edəcək. DİM sədri “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı proqramın artıq Əqli Mülkiyyət Agentliyi tərəfindən qeydiyyatdan keçirildiyini qeyd edib.
“Proqrama müstəsna istifadə hüquqlarının Dövlət İmtahan Mərkəzinə məxsus olduğunu təsdiq edən şəhadətnamə verilib. Bu proqram və imtahan modeli dünyanın müxtəlif yerlərində dilin tədrisi üçün kurikulumların və dil üzrə bilik və bacarıqların ölçülməsi ilə bağlı alətlərin hazırlanmasında istifadə olunan dillər üzrə ümum-Avropa çərçivə sənədi (CEFR – The Common European Framework of Reference for Languages) və Azərbaycan dilinin xüsusiyyətləri nəzərə alınaraq ərsəyə gətirilib”.
AzVision.az
Teqlər: