Bankların dollara tələbi azalıb

   Bankların dollara tələbi azalıb
  05 Mart 2024    Oxunub:759
5 mart 2024-cü il tarixində Azərbaycan Mərkəzi Bankında (AMB) növbəti valyuta hərracı keçirilib.
AzVision.az AMB- yə istinadən xəbər verir ki, hərracda tələb 68,9 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Qeyd edək ki, bu göstərici ötən hərracdan 13.9% azdır. Belə ki, 29 fevralda keçirilən valyuta hərracında banklar 80 milyon dollar alış həyata keçirib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

AzVision.az


Teqlər:





Xəbər lenti