Parlament ombudsmanın məruzəsini qəbul edib

   Parlament ombudsmanın məruzəsini qəbul edib
  05 Mart 2024    Oxunub:655
Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsman) 2023-cü il üzrə məruzəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Məruzə barədə ombudsman Səbinə Əliyeva məlumat verib. O bildirib ki, keçən il ombudsmanın ünvanına 29 min 411 müraciət daxil olub:

“Müraciətlərə Konstitusiya Qanunu ilə müəyyən edilmiş müddətlərdə baxılıb və cavablandırılıb. Azadlıq hüququnun təmini ilə bağlı ombudsmanın ünvanına daxil olan müraciətlərdə, əsasən, şəxsiyyət vəsiqəsi ilə təmin edilmə, yaşayış yeri üzrə qeydiyyata alınma, şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsinin deaktiv edilməsi, ölkədən çıxışa qoyulmuş məhdudiyyətin götürülməsi və bu kimi digər məsələlər öz əksini tapıb. Bu müraciətlər üzrə səlahiyyətli dövlət qurumlarına müraciətlər edilib, hüquqların bərpası istiqamətində zəruri tədbir görülüb”.

Azərbaycanda məhkumların təhsili üçün internet platformalarının yaradılması zəruri sayan ombudsman Vətən müharibəsi dövründə evlərə dəyən ziyanla əlaqədar əlavə vəsaitinin ayrılmasını, dövlət qulluğunda çalışanlara elmi dərəcələrin verilməməsi ilə bağlı qərarın ləğvini, şagirdlərə köməkçi vasitələrin dövlət hesabına verilməsini təklif edib. Müzakirələrdən sonra məruzə səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti