"Ailədə və məktəblərdə uşaqlara qarşı zorakılıq narahatlıq doğurur" - Ombudsman
Ombudsman bildirib ki, bu halların qarşısının alınması məqsədilə valideyn və təhsil müəssisələri arasında əlaqələrin möhkəmləndirilməsi, aidiyyəti dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülməlidir.
S.Əliyeva əlavə edib ki, uşaqlara qarşı zorakılığın mənfi nəticələri, zorakılığın yolverilməzliyi və ondan müdafiə mexanizmləri barədə maarifləndirmə tədbirlərinin gücləndirilməsinə, peşəkar və ixtisaslaşmış psixoloqlar cəlb edilməklə təhsil müəssisələrində mövcud psixoloq ştatlarının şagird sayına uyğun artırılmasına son dərəcə böyük ehtiyac var.
AzVision.az
Teqlər: