Daha bir tələbə vəfat etdi

   Daha bir tələbə vəfat etdi
  05 Mart 2024    Oxunub:597
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin tələbəsi Rəqsanə Aydın qızı Əliyeva uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.
Bu barədə kollec məlumat yayıb. Onun Təsviri incəsənət müəllimliyi ixtisasının IV kurs tələbəsi olduğu bildirilir.

Qeyd edək ki, ötən gün iki tələbənin də vəfat etməsi ilə bağlı xəbər vermişdik. Bunlar Odlar Yurdu Universitetinin Maliyyə ixtisasının 1-ci kurs tələbəsi Sürayə Canbaxışlı və Bakı Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası üzrə II kurs tələbəsi Elçin Əliyevdir.

E.Əliyevin dəm qazından həyatını itirdiyi məlum olsa da, digər tələbənin hansı səbəbdən vəfat etdiyi açıqlanmayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti