Mətəblərdə nəzarətin gücləndirilməsi üçün elektron sistem yaradılır

   Mətəblərdə nəzarətin gücləndirilməsi üçün elektron sistem yaradılır
  05 Mart 2024    Oxunub:1022
Bakı şəhərinin təhsil müəssisələrində tədris və idarəetmə proseslərinin tamamilə elektronlaşması üzrə sistemin yaradılması planlaşdırılır.
AzVision.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Nərminə Hüseynova deyib.

O bildirib ki, sözügedən sistem təhsil müəssisələrində nəzarəti gücləndirməyə, tədris prosesi ilə bağlı məlumatların operativ və effektiv şəkildə izlənilməsi və təhlil edilməsinə, həmçinin akademik bacarıqların, eləcə də şagird davamiyyətinin qeydə alınması və monitorinqini həyata keçirməyə imkan verəcək.

N.Hüaeynova qeyd edib ki, valideynlərin məktəbləri qiymətləndirməsi üçün rəqəmsal sistem yaradılacaq.

"Valideynlər üçün övladlarının təhsil, davranış keyfiyyətlərini izləmə və müəssisələrdə tədris proseslərini dəyərləndirmə imkanı verən elektron sistemin qurulması əsas hədəflərimizdəndir. Bu, vətəndaş müraciətlərinə baxılması işinin təkmilləşdirilməsinə və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti