Ötən il istehsalatda qəzalar səbəbi ilə 80-ə yaxın şəxs həyatını itirib
Daxili işlər orqanlarından daxil olmuş materiallar əsasında 95 vəzifəli, fiziki və hüquqi şəxs barəsində 295,4 min manat məbləğində, prokurorluq orqanlarından daxil olmuş materiallar əsasında isə 182 vəzifəli, fiziki və hüquqi şəxs barəsində qərarlar qəbul edilərək 519,8 min manat məbləğində cərimə tətbiq edilib.
"İstehsalatla əlaqəli 465 bədbəxt hadisənin təhqiqatı aparılıb. 30-u qrup halında olan hadisələr nəticəsində 78 nəfər ölüb, 431 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb", - hesabatda qeyd edilib.
AzVision.az
Teqlər: iş istehsalat qəzalar