Nigeriya XİN rəhbəri: "Qəzzadakı qırğına haqq qazandıra bilmərik"

      Nigeriya XİN rəhbəri:    "Qəzzadakı qırğına haqq qazandıra bilmərik"
  05 Mart 2024    Oxunub:611
"İsrail Qəzzada əməliyyatları dayandırmalı və dünya orada baş verən qətllərlə bağlı ikili standartlardan əl çəkməlidir".
AzVision.az xəbər verir ki, bu sözləri Nigeriyanın xarici işlər naziri Yusif Tuqqar söyləyib.

Nazirin çıxışı prezident Bona Tinibunun rəhbərliyində nümayəndə heyətinin Qətərə səfəri fonunda baş verib.

Tərəflər bir sıra anlaşma memorandumu imzalayıb və enerji, ticarət, kənd təsərrüfatı kimi sahələrdə əməkdaşlıq potensialı ilə əlaqədar müzakirələr aparılıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Nigeriya   nazir   Qəzza  





Xəbər lenti