Argentinada jurnalistlər etiraza qalxıblar

   Argentinada jurnalistlər etiraza qalxıblar
  05 Mart 2024    Oxunub:704
Prezident Xavier Mileyin ölkənin dövlət xəbər agentliyini ("Télam") bağlamaq barədə qərarı jurnalistlər arasında böyük etiraz doğurub.
AzVision.az xəbər verir ki, 700 jurnalist agentliyin binası qarşısında aksiya keçirib.

Miley hökuməti sözügedən qərara səbəb kimi agentliyin artan xərclərini göstərib.

Xatırladaq ki, prezident daha əvvəl bir sıra nazirliyin ləğvi, on minlərlə dövlət qulluqçusunun ixtisarı barədə də radikal qərarlar verib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Argentina   xəbər   agentlik   jurnalistlər   etiraz  





Xəbər lenti