SOCAR prezidenti Konqo Prezidentinin şəxsi nümayəndəsi ilə görüşüb

   SOCAR prezidenti Konqo Prezidentinin şəxsi nümayəndəsi ilə görüşüb
  05 Mart 2024    Oxunub:824
Martın 5-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Konqo Respublikası Prezidentinin strateji məsələlər və beynəlxalq əməkdaşlıq üzrə şəxsi nümayəndəsi xanım Fransua Coli ilə görüşüb.
Neft şirkətindən AzVision.az -a bildirilib ki, görüşdə Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən qlobal enerji layihələri, SOCAR-ın müxtəlif ölkələrdəki fəaliyyəti, tərəfdaşlarla birgə icra edilən layihələr barədə məlumat verilib.

Tərəflər neft-qaz sektorunda müxtəlif istiqamətlərdə, o cümlədən neft və neft məhsullarının treydinqi üzrə əməkdaşlıq imkanlarını nəzərdən keçirib, insan kapitalının inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

AzVision.az


Teqlər: SOCAR   Konqo   görüş  





Xəbər lenti