Sosial şəbəkələrdə problemin səbəbi bu imiş

   Sosial şəbəkələrdə problemin səbəbi bu imiş
  05 Mart 2024    Oxunub:935
Xəbər verdiyimiz kimi, axşam saatlarında "Facebook" və "Instagram" plaftormalarının işində meydana gələn qlobal problemin səbəbi açıqlanıb.
AzVision.az xəbər verir ki, bu barədə Honkonqda yerləşən "HGC Global Communications" şirkəti məlumat yayıb.

Bildirilir ki, problemə səbəb Yəməndə fəaliyyət göstərən husi terror qruplaşmasının Qırmızı dənizdə hücumları çərçivəsində sualtı internet və telekommunikasiya naqilləri zədələməsidir.

Naqillərin zədələnməsi bu naqillər vasitəsilə Asiyadan Avropaya ötürülən məlumat axınının 25%-nə təsir göstərib.

Firudin Həmidli
AzVision.az


Teqlər: sosial-şəbəkə   problem  





Xəbər lenti