Səfirimiz Rəsulzadənin məzarını ziyarət etdi - Fotolar

   Səfirimiz Rəsulzadənin məzarını ziyarət etdi -    Fotolar
  05 Mart 2024    Oxunub:561
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Xalq Cümhuriyyətinin qurucularından olan, görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət edib.
AzVision.az xəbər verir ki, bu barədə o, özünün sosial media hesabında paylaşım edib.

"Məhəmməd Əmin Rəsulzadənin vəfatının ildönümü ərəfəsində məzarını ziyarət edərək xatirəsini hörmətlə yad etdik", - paylaşımda deyilir.

Qeyd edək ki, Rəsulzadənin Ankara şəhərindəki Cəbəci Əsri məzarlığında yerləşən məzarının abadlaşdırılması yekunlaşıb.

Abadlaşdırılma işləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölkənin Türkiyə Respublikasındakı səfirliyi tərəfindən Türkiyənin müvafiq dövlət qurumları ilə koordinasiyalı şəkildə həyata keçirilib.



AzVision.az


Teqlər:





Xəbər lenti