“Qarabağ”ın oyununa görə metroda iş vaxtı uzadılacaq
Bundan başqa, oyuna geniş ictimai maraq olduğundan sərnişinlərin təhlükəsiz və rahat daşınması məqsədilə stansiyalarda əlavə tədbirlər görüləcək. Bakı metropoliteninin əməliyyat planına uyğun olaraq, gücləndirilmiş iş rejimi stadionun yaxınlığında yerləşən “Gənclik” stansiyasında tətbiq ediləcək. Nəzarət mexanizmlərinin gücləndirilməsi məqsədilə növbətçilik cədvəli tərtib olunmaqla stansiyaya əlavə işçi qüvvəsi ayrılacaq. Ehtiyat tədbirlər “28 May” və “Nərimanov” stansiyalarında da nəzərdə tutulacaq.
Zərurət yaranacağı təqdirdə ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq. Saat 24:00-dan sonra qatarlar xüsusi qrafik üzrə hərəkət edəcək. Martın 7-də gün ərzində qatarlar payız-qış iş rejiminin iş günləri qrafikinə uyğun hərəkət etsə də, tələbata uyğun olaraq hərəkətin nizamlanması diqqətdə saxlanılacaq.
AzVision.az
Teqlər: