Bir günə 1250 rus öldürüldü, itkilər 420 mini keçib

   Bir günə 1250 rus öldürüldü,    itkilər 420 mini keçib
  06 Mart 2024    Oxunub:735
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın yeni itkiləri barədə məlumat yayıb.
Qeyd edilir ki, Rusiyanın ümumi itkiləri son 24 saat ərzində kəskin şəkildə artıb. Moskva bu istiqamətdə yeni “qırmızı xətti” keçib.

Gün ərzində daha 1250 düşmən məhv edilib, itkilərin ümumi sayı 420.270-ə çatıb.

Baş Qərargahın məlumatına görə, xeyli sayda texnika da sıradan çıxarılıb. 21 tank, 40 zirehli döyüş maşını, 50 artilleriya sistemi, bir hava hücumundan müdafiə qurğusu, bir reaktiv yaylım atəşi sistemi, 58 əməliyyat-taktiki pilotsuz uçuş aparatı, bir qanadlı raket və bir qayıq məhv edilib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   Rusiya  





Xəbər lenti