“Oğlumla hələ görüşməmişik, amma rahatıq" - Ruslan Pənahovun atası
“Ruslanın səhhəti ilə bağlı prosedurlar həyata keçirilir. Müəyyən proseslərdən sonra bizimlə görüşdürəcəklər. Oğlumu heç hava limanında da görə bilmədim. Ailəlikcə çox rahatıq. Əsas odur ki, vətəndədir, təhlükəsizliyi qorunur”.
Ata oğlunun hərbi xidmətini davam etdirəcəyi ilə bağlı sualı belə cavablandırıb:
“Yəqin ki, davam etdirəcək. Bu məsələdə dövlətimiz özü qərar verəcək”.
Xatırladaq ki, fevralın 28-də səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azmışdı.
Daha Sonra Ermənistan İstintaq Komitəsi onun Cinayət Məcəlləsinin “sərhədi qanunsuz keçmək”, “silah gəzdirmək” və s. maddələri ilə ittiham olunduğunu bildirmişdi.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin martın 4-də yaydığı məlumatda onun Azərbaycana təhvil verilməsi ilə bağlı qərar qəbul olunduğu bildirilmişdi.
Otən gün o, Vətənə qaytarılıb.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: