Bayram tonqalında yananlar - Açıqlama

   Bayram tonqalında yananlar -    Açıqlama
  06 Mart 2024    Oxunub:1384
Martın 5-də axşam saatlarında paytaxt Bakıda və Sabirabad rayonu ərazisində ümumilikdə 3 nəfər Od çərşənbəsi ilə əlaqədar qalanan tonqala yıxılaraq xəsarət alıb.
Bu barədə AzVision.az -a TƏBİB-dən bildirilib.

Məlumata görə, Republika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 23:30 radələrində Xətai rayonu Gəncə prospekti 63 M ünvanından 2015-ci il təvəllüdlü (kişi cinsli) şəxsin tonqala yıxılaraq xəsarət alması səbəbilə çağırış daxil olub. O, sol budun yuxarı üçdə birinin qəlpəli sınığı diaqnozu ilə Sabunçu Tibb Mərkəzinin Uşaq-travmatologiya şöbəsinə hospitalizasiya olunub. Yüngül yanıq xəsarətləri də alan pasiyentin müalicəsi hazırda davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir.

Analoji hadisə Sabirabad rayonunda da qeydə alınıb. Belə ki, 2012-ci il təvəllüdlü və 2021-ci il təvəllüdlü (hər iksi kişi cinsli olmaqla) azyaşlılar hər iki əlin yanığı diaqnozu ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hər iki şəxsə zəruri tibbi yardım göstərilərək, ambulator müalicə üçün evə buraxılıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti