ÜST-nin baş direktoru Bakıya gələcək

   ÜST-nin baş direktoru Bakıya gələcək
  06 Mart 2024    Oxunub:820
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus XI Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana səfər edəcək.
Qebreyesusun pandemiya və milli səhiyyənin potensialının gücləndirilməsi müqaviləsi mövzusunda məruzə edəcəyi gözlənilir.

Qeyd edək ki, XI Qlobal Bakı Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 14-16-da keçiriləcək.

Tədbirdə 400-ə yaxın dünyaşöhrətli nümayəndə, eləcə də keçmiş və indiki dünya liderləri, nazirlər və Nobel mükafatçıları iştirak edəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti