Zaxarova: "Ermənistanı Qərb geosiyasətinin əyləncəsinə çevirirlər"

      Zaxarova:  "Ermənistanı Qərb geosiyasətinin əyləncəsinə çevirirlər"
  06 Mart 2024    Oxunub:896
Ermənistan sülh şəraitində yaşamağa layiqdir və heç bir halda vicdansız Qərb siyasətçilərinin əlində "əyləncə" predmetinə çevrilməməlidir.
AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanla Aİ arasında yaxınlaşmanı şərh edərkən deyib. O, xüsusilə Ukraynanı nümunə göstərərəkŞ Kiyevə çox şey vəd edildiyini və sonra onları tərk etdiklərini söyləyib.

Zaxarova bildirib ki, Rusiya Ermənistana səmimiyyətlə sülh arzulayır: “

"Bu ölkəyə, xalqa istər sevgi baxımından, istərsə də praqmatizm baxımından səmimi qəlbdən sülh, sabitlik və firavanlıq arzulayırıq, çünki bütövlükdə regionun rifahı bundan asılıdır. Amma təəssüf ki, görürük ki, Qərb yetərincə oynayıb, qolu qanadı sındırılmış gəlincik kimi Ukraynanı kənara atıb, yeni qurban axtarmağa başlayıb. Ermənistanın aldadılaraq yeni qurbana çevrilməsini istəməzdim”, - diplomat bildirib.

Zaxarova qeyd edib ki, bəzi erməni liderlər Aİ-nin artan diqqətini dərdə çarə kimi görürlər: “Daha dərinə baxmaq lazımdır. Bu, həm də güzgü göstərən və yerli əhalinin malik olduğu ən qiymətli əşyaları onunla dəyişdirən “ağ adam”ın xarakterik xüsusiyyətidir. Təəssüf ki, Ermənistanın bir sıra siyasi xadimləri ölkənin Qərb geosiyasətinin başqa bir alətinə, əyləncəsinə çevrildiyini düşünmürlər. Onlar bunu sadəcə olaraq xərc kimi qəbul edirlər”, deyə o qeyd edib və Aİ-nin Ermənistana regiona “giriş nöqtəsi” kimi baxdığını qeyd edib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti