Türkiyəli aktyor motosiklet qəzasında öldü

  Türkiyəli aktyor  motosiklet qəzasında öldü
  06 Mart 2024    Oxunub:795
Türkiyəli aktyor Efe Deprem motosiklet qəzasında həyatını itirib. Bu barədə sənətçinin həyat yoldaşı Burcu Altın Deprem sosial media hesabında məlumat verib.
Bildirilib ki, sənətçi motosikletdə idarəetməni itirərək maneələrə çırpılıb. Ağır yaralanan aktyor xəstəxanada həyatını itirib.

Qeyd edək ki, Efe Deprem "Seksenler "serialında "Zəfər" obrazını yaratmışdı. Aktyor sonuncu dəfə baş rollarda İbrahim Büyükak və Yasemin Sakallıoğlunun çəkildiyi "Mutluyuz" filmində çəkilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti