Türkiyədə avtobus qəzası: 15 yaralı

   Türkiyədə avtobus qəzası:    15 yaralı
  06 Mart 2024    Oxunub:725
Türkiyənin Aydın əyalətində tələbələri daşıyan avtobus aşıb.
AzVision.az xəbər verir ki, hadisə yerinə təcili yardım, yanğınsöndürən və polis qüvvələri cəlb edilib.

Hadisədə 15 sərnişin xəsarət alıb. Onlar ilkin tibbi yardımın ardınca şəhərdəki xəstəxanalara yerləşdiriliblər.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   avtobus   qəza  





Xəbər lenti