Prokurorluq həkimlə bağlı qərara protest verib

   Prokurorluq həkimlə bağlı qərara protest verib
  06 Mart 2024    Oxunub:1010
Bakı Apellyasiya Məhkəməsi tərəfindən K.Sultanova barəsində çıxarılmış bəraət hökmündən martın 6-da dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilib.
Baş Prokurorluğun Mətbuat xidməti AzVision.az -ın sorğusuna cavab olaraq bildirilir ki, bəzi sosial media səhifələrində 15 nömrəli şəhər Poliklinikasının həkim-cərrahı vəzifəsində işləmiş Könül Sultanova barəsində Bakı Apellyasiya Məhkəməsi tərəfindən bəraət hökmü çıxarılması barədə məlumatlar yayılıb.

Bildiririk ki, Könül Sultanovanın Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istintaq edilərək baxılması üçün aidiyyəti üzrə Binəqədi rayon məhkəməsinə göndərilib və məhkəmənin hökmü ilə o, təqsirli bilinərək, 3 min manat cərimə cəzasına məhkum edilib.

AzVision.az


Teqlər: Baş-prokurorluq  





Xəbər lenti