Özəl klinikalara icbari tibbi sığorta ilə bağlı verilən göndərişlərin sayı açıqlanıb

   Özəl klinikalara icbari tibbi sığorta ilə bağlı verilən göndərişlərin sayı açıqlanıb
  06 Mart 2024    Oxunub:1097
TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan xidmətləri vətəndaşların əldə etməsi üçün onlara İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı tibb müəssisələrinə (özəl və müvafiq dövlət orqanlarının tabeliyində olan tibb müəssisələri) göndəriş verilir. Ötən il vətəndaşlara həmin müəssisələrdə tibbi xidmət göstərilməsi üçün 300 137 göndəriş verilib.
Dövlət Agentliyindən AzVision.az -a bildirilib ki, 2023-cü ilin yanvar-noyabr ayları ərzində göndəriş alan vətəndaşlar müqaviləli tibb müəssisələrində icbari tibbi sığorta ilə 155 361 tibbi xidmətdən yararlanıb. Bu xidmətlərdən 2857-si uşaqlara, 152 504-ü isə böyüklərə göstərilib.

Sözügedən əməliyyat və prosedurlardan 43 min 650-ni ürək-damar, 38 min 115-ni oftalmoloji, 31 min 097-ni invaziv radiologiya xidmətləri təşkil edib.

Xatırladaq ki, ötən ilin avqust ayında xidmətlər zərfinə qaraciyər, böyrək və sümük iliyi transplantasiyası xidmətləri daxil edilib. 5 ay ərzində 37 belə əməliyyat həyata keçirilib.

AzVision.az


Teqlər: icbari-tibbi-sığorta  





Xəbər lenti