Polşada fermerlər etiraz aksiyası keçiriblər

   Polşada fermerlər etiraz aksiyası keçiriblər
  06 Mart 2024    Oxunub:903
Polşada minlərlə fermer Ukraynadan ucuz taxıl, ərzaq məhsulları idxalına və Avropa İttifaqının (Aİ) kənd təsərrüfatı siyasətinə etiraz bildirirlər.
AzVision.az xəbər verir ki, aksiya iştirakçıları paytaxt Varşavaya gedən magistral yolları traktorları ilə bağlayaraq, Baş nazirin ofisi qarşısına yığışıblar.

Onlar Ukraynadan ucuz taxıl və ərzaq məhsullarının idxalını dayandırmaq üçün Polşa-Ukrayna sərhədinin bağlanması tələbini irəli sürüblər.

Etirazçılar həmçinin Aİ-nin ekoloji siyasətinin Avropada kənd təsərrüfatını ciddi zərbə vurduğunu diqqətə çatdıraraq, ölkənin Aİ-nin "Yaşıl Sövdələşmə" proqramından çıxmasını istəyirlər.

Aksiyada polis qüvvələri ilə toqquşmalar baş verib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Polşa   fermerlər   etiraz   aksiya  





Xəbər lenti