Muxtar Babayev Konqo rəsmisini qəbul edib

   Muxtar Babayev Konqo rəsmisini qəbul edib
  06 Mart 2024    Oxunub:741
Konqo Respublikası Prezidentinin strateji məsələlər və beynəlxalq əməkdaşlıq üzrə şəxsi nümayəndəsi xanım Fransua Coli ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb.
Bu barədə AzVision.az -a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Görüşdə Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb, qarşılıqlı əməkdaşlıq imkanları ilə bağlı müzakirə aparılıb.

AzVision.az


Teqlər: Nazirlik   Konqo   görüş  





Xəbər lenti