Bildirilib ki, ARVK nümayəndə heyəti səfərin əvvəlində Ümummilli Lider Heydər Əliyevin Belqrad şəhərində yerləşən büstünü ziyarət edərək, abidəsi önünə gül dəstələri qoyub və xatirəsini ehtiramla yad edib.
Tədbir çərçivəsində ilk olaraq SVK tərəfindən qonaqlar üçün rəsmi qəbul təşkil edilib. Növbəti gün isə nümayəndə heyəti Serbiya Respublikasının Parlamentində, Serbiyanın Tarix Muzeyində və Müqəddəs Sava kilsəsində olublar.
Sonra SVK tərəfindən “Kolarac” konsert zalında rəsmi mərasim təşkil edilib. Tədbirin əvvəlində SVK-nın prezidenti Veljko Delibasic açılış nitqi ilə çıxış edib. Daha sonra tədbir iştirakçılarına Serbiya vəkilliyinin tarixi barədə məlumat verilib.
Mərasimin davamı olaraq qonaqlar üçün xüsusi konsert proqramı, günün sonunda isə rəsmi ziyafət təşkil olunub.
Səfər çərçivəsində Avropa Vəkillər Kollegiyaları Federasiyasının (FBE) şərqi Avropa komitəsinin sədri Rajko Maric ilə keçirilən görüşdə Azərbaycanda vəkillik sahəsində son illərdə görülən işlərin yüksək qiymətləndirildiyi diqqətə çatdırılıb və birgə müxtəlif layihələrin həyata keçirilməsi üzrə ilkin razılıqlar əldə edilib.
Bundan başqa, ötən müddət ərzində qurulan əməkdaşlığın gələcəkdə daha da gücləndirilməsi məqsədilə CCBE, UIA və SVK-nın nümayəndə heyətləri, habelə digər ölkələrin vəkillər kollegiyaları ilə ikitərəfli görüşlər keçirilib, təcrübə mübadiləsi və gələcək əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb.
AzVision.az