Slot: "Niderland Qəzzaya humanitar yardıma hazırdır"

      Slot:    "Niderland Qəzzaya humanitar yardıma hazırdır"
  06 Mart 2024    Oxunub:694
Niderlandın xarici işlər naziri Hanke Bruins Slot israilli həmkarı İsrael Kats ilə görüşüb.
AzVision.az xəbər verir ki, o bu barədə "X" hesabında məlumat yayıb.

Tərəflərin Qəzza zolağında vəziyyətlə bağlı müzakirəsi zamanı xanım nazir əraziyə böyük miqdarda humanitar yardımın göndərilməsi zərurətini diqqətə çatdırıb. O bu çərçivədə ölkəsinin yardımın sürətləndirilməsi üçün Qəzzaya skanerlər göndərə biləcəyini dilə gətirib.

Xanım nazir israilli həmkarını Ramazan ayında atəşkəs barədə razılığa gəlməyə və milyondan artıq insanın pənah gətirdiyi Rəfəh şəhərinə hücumdan çəkinməyə çağırıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Niderland   İsrail   Qəzza  





Xəbər lenti