Türkiyə-Azərbaycan Universitetinin yaradılması prosesi müzakirə edilib

   Türkiyə-Azərbaycan Universitetinin yaradılması prosesi müzakirə edilib
  06 Mart 2024    Oxunub:938
Azərbaycana səfərə gəlmiş Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Ərol Özvar elm və təhsil naziri Emin Əmrullayevlə görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi "X" hesabında məlumat yayıb.

Tərəflər Türkiyə-Azərbaycan Universitetinin yaradılması prosesi və təhsil sahəsində əməkdaşlıq üzrə digər məsələlərlə bağlı müzakirə aparıblar.

AzVision.az


Teqlər: Azərbaycan   Türkiyə   təhsil   universitet  





Xəbər lenti