Akif Qurbanova qarşı cinayət işi açılıb - YENİLƏNİB

 Akif Qurbanova qarşı cinayət işi açılıb -  YENİLƏNİB
  06 Mart 2024    Oxunub:1502
III Respublika Platformasının spikeri Akif Qurbanova barəsində cinayət işi başlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə onun vəkili Şəhla Hümmətova məlumat yayıb

O bildirib ki, Akif Qurbanova qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

* * *

21:54
“Toplum TV”in ofisində polisin keçirdiyi əməliyyat-axtarış tədbirlərində saxlanılan Akif Qurbanovun evinə vəkil Şəhla Hümbətovanın buraxılmadığına və zorakılığa məruz qalmasına dair sosial şəbəkələrdə yayılan iddialarına aydınlıq gətirilib.
DİN-in mətbuat xidmətindən AzVision.az -a bildirilibb ki, hər hansı zorakılıq halının olması ilə bağlı iddialar subyektiv mülahizələrdir:
Toplum TV-nin ofisində axtarış aparılıb

"Prosesə vəkilin dəvət olunmasının qarşısı alınmayıb. Əməliyyat-axtarış tədbirlərinin keçirildiyi ünvana vəkilin gecikməsi onun prosesdən kənarda qalmasına səbəb olub. Burada başqa xüsus yoxdur".

AzVision.az


Teqlər:   DİN  





Xəbər lenti