Səfir: "Britaniya Ukrayna münaqişəsinə dərindən qarışıb"

Səfir:  "Britaniya Ukrayna münaqişəsinə dərindən qarışıb"
  07 Mart 2024    Oxunub:782
"Britaniya Ukrayna münaqişəsinə digər NATO ölkələrindən daha çox, dərindən qarışıb".
AzVision.az xəbər verir ki, bunu TASS-a açıqlamasında Rusiyanın Londondakı səfiri Andrey Kelin deyib.

Onun sözlərinə görə, hazırda Ukraynada Britaniya hərbçiləri fəaliyyət göstərir. Hətta bu ölkədə britaniyalı xüsusi təyinatlıların, ukraynalı hərbi həkimləri və xüsusi təyinatlıları öyrədən təlimatçıların, eləcə də bir sıra digər xüsusi bölmələrin olması artıq rəsmən təsdiqlənib.

Çünki uzaq mənzilli “Storm Shadow” raketlərinin buraxılmasını mütəxəssislərin iştirakı olmadan təsəvvür etmək mümkün deyil. Burada mütəxəssis rolunun isə yalnız ingilislər oynaya bilərlər: "Əks təqdirdə, Ukrayna hərbçiləri xeyli vaxtda, yəni uzunmüddətli xüsusi təlimlər keçməlidirlər ki, bu da qeyri-realdır”.

Diplomat həmçinin vurğulayıb ki, o, Böyük Britaniya hərbçilərinin Ukraynaya kütləvi şəkildə göndərilməsini də real saymır. Kelin belə hesab edir ki, bu cür planların həyata keçirilməsi NATO-da konsensusla razılıq almayacaq.

Tural Tağıyev
AzVision.az



Teqlər: Səfir   Britaniya  





Xəbər lenti