"Nikosayağı"ya hökm oxundu

   "Nikosayağı"ya hökm oxundu
  07 Mart 2024    Oxunub:1210
"Nikosayağı” ləqəbi ilə tanınan bloger Nicat Şakirlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili müdafiə ilə çıxışı edib. Daha sonra prosesdə Nicar Şakirli son söz deyib. Məhkəmə hökm qəbul etmək üçün müşavirəyə yollanıb.

Müşavirədən qayıdan məhkəmə heyəti hökmü oxuyub. Məhkəmənin hökmü ilə Nicat Şakirli cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən ilin avqustunda N.Şakirli idarə etdiyi "Porsche" markalı avtomobillə yük maşınına (TIR) çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov vəfat edib. Nicat Şakirlinin sağ qolu dirsəkdən amputasiya olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti