CNN: Zelenski və Mitsotakisin korteji yaxınlığında partlayış olub

   CNN:    Zelenski və Mitsotakisin korteji yaxınlığında partlayış olub
  07 Mart 2024    Oxunub:783
Odessada baş verən partlayış Ukrayna prezidenti Volodimir Zelenski və Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin kortejinin 500 metrliyində baş verib.
AzVision.az xəbər verir ki, bu barədə CNN öz mənbələrinə istinadən məlumat yayıb.

Zelenski öldürülsə, nə baş verəcək? - Politico
Məqalə müəllifi qeyd edib ki, xüsusi qorunan kortejdə olanlar zərbəni hiss ediblər. Hətta partlayışdan sonra göbələk formalı tüstünü də görüblər.

Ukrayna Hərbi Dəniz Qüvvələrinin rəsmisi Dmitri Pletençuk isə CNN-ə müsahibəsində Zelenski və Mitsotakisin xəsarət almadığını deyib.

Qeyd edək ki, dünən Odessada Ukrayna prezidenti Vladimir Zelenski ilə Yunanıstanın baş naziri Kiryakos Mitsotakis arasında görüş zamanı partlayışlar baş verib. Bu zaman siyasətçilər şəhər limanına baxış keçirirlərmiş və sığınacağa getməyə vaxt tapmayıblar.

Rusiya Müdafiə Nazirliyi isə Odessa sənaye limanı ərazisindəki anqara raket zərbəsi endirdiyini açıqlayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Zelenski   Ukrayna  





Xəbər lenti