Putin iş qrafikini "sonsuz axan” şəlalələyə bənzədib

   Putin iş qrafikini "sonsuz axan” şəlalələyə bənzədib
  07 Mart 2024    Oxunub:964
Rusiya prezidenti Vladimir Putin iş qrafikini “sonsuz axan” şəlalə ilə müqayisə edib.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya lideri həyatını sonsuz sayda müxtəlif hadisələr və fəaliyyətlərdən ibarət olduğunu qeyd edib.

"Mən bəzən onu şəlalə ilə müqayisə edirəm. Bir şəlalənin altında necə dayanırsınız və - bzzzh - sonsuz olaraq süzülür”, - Putin deyib.

Rusiya lideri onu da bildirib ki, o, yaxınlarının yanında olanda özünü elə göstərməyə çalışır ki, hər şey qaydasındadır, amma bu anlarda ona zənglər gələcəyini bilir.

"Yarım saatdan sonra filan hadisə baş verəcək və mən nə baş verdiyini anlamalı, lazım gələrsə, buna reaksiya verməliyəm", - prezident əlavə edib.

Putin həmçinin bildirib ki, spirtli içkilər, xüsusilə tünd spirtli içkilər içməməyə çalışır.



Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti