Patruşev: Qərbin sabitliyi pozmaq cəhdləri davam edir

     Patruşev:  Qərbin sabitliyi pozmaq cəhdləri davam edir
  07 Mart 2024    Oxunub:841
2023-cü ilin oktyabrında baş verən və Mahaçqala hava limanının fəaliyyətinin dayandırılmasına səbəb olan kütləvi iğtişaşlar Qərbin Şimali Qafqazda vəziyyəti sarsıtmaq cəhdlərinin bariz nümunəsi oldu.
Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib. “Qərbin Şimali Qafqazda sabitliyi pozmaq cəhdləri davam edir. Bunun bariz nümunəsi ötən ilin oktyabrında Dağıstanda baş verən hadisələrdir, o zaman xaricdən internetdə yayılan təxribatlar və təhriklər nəticəsində hava limanının fəaliyyətinin pozulmasına səbəb olan kütləvi iğtişaşlar baş verib. Hüquq-mühafizə orqanlarının və hakimiyyət orqanlarının operativ tədbirləri sayəsində vəziyyət sabitləşib”, - Patruşev bildirib.

O, çox yaxınlarda baş vermiş hadisəni də xatırladıb: “İnquş Karabulakda qadağan olunmuş beynəlxalq terror təşkilatı İŞİD-in ideologiyasına sadiq qalan və terror cinayətlərinin törədilməsində iştirak edən altı nəfərdən ibarət silahlı qrup məhv edilib”.

AzVision.az


Teqlər:





Xəbər lenti