Sərgi çərçivəsində digər ölkələri təmsil edən turizm sənayesi nümayəndələri ilə “B2B” formatlı görüşlər keçirilir, əməkdaşlıq imkanları qiymətləndirilir. Həmçinin ziyarətçilərə Azərbaycanın tarixi, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olunmuş mədəni obyektləri, milli mətbəxi, “Slow Food”, “Slow Wine” təcrübələri və digər turizm imkanları barədə ətraflı məlumat verilir.
Sərgidə VR (Virtual Reallıq) eynəyi vasitəsilə Azərbaycanın turizm imkanlarını əks etdirən görüntülər nümayiş olunur.
Milli stendimizi Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev, Ümumdünya Turizm Təşkilatının (UNWTO) baş katibi Zurab Pololikaşvili, Dünya Səyahət və Turizm Şurasının prezidenti və baş icraçı direktoru Culiya Simpson da ziyarət ediblər.
AzVision.az