Azyaşlının ölümü ilə bağlı cinayət işi başlanıb

   Azyaşlının ölümü ilə bağlı cinayət işi başlanıb
  07 Mart 2024    Oxunub:925
Kürdəmir rayonu sakini 2019-cu il təvəllüdlü H.N (şərti) “Kürdəmir Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də həkim müayinəsindən keçməsinə baxmayaraq, müayinələr zamanı ağciyərlərin hemorragik pnevmoniyası müəyyən edilməyib və o həmin xəstəlik səbəbindən ölüb.
Baş Prokurorluğun Mətbuat xidmətindən AzVision.az -a verilən xəbərə görə, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

AzVision.az


Teqlər: Baş-prokurorluq  





Xəbər lenti