FHN əməkdaşı avtomobil qəzasında ölüb

   FHN əməkdaşı avtomobil qəzasında ölüb
  07 Mart 2024    Oxunub:787
Şirvanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Çılpaqlı qəsəbəsində qeydə alınıb.

Sürücü avtomobili arxaya sürərkən Şirvan şəhər sakini Həzrətquliyev Fərid Asif oğlunu yaxınlıqdakı divara sıxaraq öldürüb.

Həyatını itirən F.Həzrətquliyevin FHN-in Şirvan yanğından mühafizə hissəsinin əməkdaşı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: hadisə   qəza   FHN  





Xəbər lenti