Olmert: "Misirlə münasibətlər zərbə altındadır"

      Olmert:    "Misirlə münasibətlər zərbə altındadır"
  07 Mart 2024    Oxunub:769
İsrailin keçmiş Baş naziri (2006-2009) Ehud Olmert Benyamin Netanyahuya xəbərdarlıq ünvanlayıb.
AzVision.az xəbər verir ki, o bu barədə ölkənin "Haaretz" qəzetinə müsahibəsində bildirib.

"İsrail hərbi əməliyyatları Rəfəh şəhərinə (Misirlə sərhədə - red.) doğru genişləndirərsə, bu, ölkənin Misirlə uzunmüddətli sülh müqaviləsini təhlükə altına qoya bilər", - o diqqətə çatdırıb.

O deyib ki, "Netanyahu və hərbi kabinetdəki müttəfiqləri müharibəni dayandırmağa maraqlı deyillər, əksinə, hətta İordan çayının qərb sahilində gərginliyi daha da qızışdırmaq istəyirlər".

"Belə görünür ki, onlar "Armageddon" (dini kontekstdə qiyamət müharibəsi - red.) arzusundadırlar", - sabiq Baş nazir söyləyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   Qəzza   Rəfəh   əməliyyatlar  





Xəbər lenti