Azərbaycan və BƏƏ-nin Ədliyyə Nazirlikləri arasında görüş keçirilib - FOTOLAR

   Azərbaycan və BƏƏ-nin Ədliyyə Nazirlikləri arasında görüş keçirilib -  FOTOLAR
  07 Mart 2024    Oxunub:985
Hüquqi sahədə qarşılıqlı fəaliyyətin səmərəliliyinin artırılması məqsədilə Azərbaycan və Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Ədliyyə nazirlikləri arasında ilk məsləhətləşmə keçirilib.
AzVision.az xəbər verir ki, Azərbaycan nümayəndə heyətinə Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Adil Əbilov, BƏƏ-nin nümayəndə heyətinə Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Abdula Rahman Murad Al Balushi rəhbərlik edib.

Səfir müavini Leyla Süleymanova və konsul Orxan İsmayılov da məsləhətləşmədə iştirak ediblər.

Görüş zamanı hüquqi sahədə qarşılıqlı əlaqələrin yeni mərhələyə çatdırılması, məhkəmə sisteminə suni intellekt texnologiyasının tətbiqində qarşılıqlı təcrübənin öyrənilməsi, hüquqi yardım sənədlərinin icrasında birbaşa əlaqələrin qurulması, ekstradisiya sahəsində qarşılıqlı fəaliyyətin daha da artırılması, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək və bir sıra digər mövzular müzakirə edilib.

Məsləhətləşmə zamanı “Əməkdaşlıq Planı” (Cooperation Program) razılaşdırılıb, ədliyyə nazirlərinin və digər mütəxəssislərin qarşılıqlı səfərləri üçün razılıq əldə olunub.

AzVision.az

Qalereya




Teqlər: Azərbaycan   BƏƏ   Ədliyyə   Nazirlik   görüş  





Xəbər lenti