Rəvan Həsənov: "Qərbdə müsəlmanlara qarşı mənfur əməllər davam edir"

   Rəvan Həsənov:    "Qərbdə müsəlmanlara qarşı mənfur əməllər davam edir"
  08 Mart 2024    Oxunub:951
“Bakıda artıq ikinci dəfədir keçirilən konfransda beynəlxalq səviyyədə islamofobiyaya qarşı mübarizə kontekstində nələr edə biləcəyimiz müzakirə ediləcək. Yaşadığımız dövrdə ayrı-seçkilik, islamofobiya günümüzün reallığıdır. İnsanlara qarşı diskriminasiya, nifrət nitqi, təcridolunma kimi problemlər bizim həyatımızı çətinləşdirir”.
Bu sözləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, hazırda hər kəs dünyada müsəlmanların təcrid olunması və onlara qarşı ayrı-seçkiliyin şahidi olur: “Xüsusilə Qərb ölkələrində bu hallara rast gəlinir. Müsəlmanlara qarşı mənfur əməllərə davam edirlər. Biz hamımız sülh içərisində yaşaya bilərik”.
AzVision.az



Teqlər:





Xəbər lenti