Müdafiə Nazirliyi ilə Türkiyənin "BAYKAR" şirkəti arasında müqavilə imzalanıb - FOTOLAR - YENİLƏNİB

   Müdafiə Nazirliyi ilə Türkiyənin "BAYKAR" şirkəti arasında müqavilə imzalanıb -    FOTOLAR -  YENİLƏNİB
  08 Mart 2024    Oxunub:2271
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına səfəri çərçivəsində qardaş ölkənin müdafiə sənayesi kompleksinə daxil olan “Baykar” şirkətinin texniki direktoru cənab Selçuk Bayraktar ilə görüşüb.
Nazirlikdən AzVision.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında olan dostluq və qardaşlıq münasibətlərinin bütün digər sahələrdə olduğu kimi, hərbi texniki sahədə də uğurla inkişaf etdiyi vurğulanıb, cari əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

Sonda tərəflər arasında birgə tədqiqat, inkişaf və istehsalata dair əməkdaşlıq müqaviləsi imzalanıb.

* * *

16:27
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyənin "BAYKAR" şirkəti arasında "Birgə Tədqiqat, Təkmilləşdirmə və İstehsalat Üzrə Əməkdaşlıq Müqaviləsi" imzalanıb.
AzVision.az xəbər verir ki, bu barədə şirkətdən bildirilib.

"Müqavilənin faydalı olacağına ümid edirik", - məlumatda qeyd edilib.

AzVision.az

Qalereya




Teqlər: Müdafiə-Nazirliyi   Türkiyə   müqavilə  





Xəbər lenti