Avropa Komissiyası Qəzzaya dənizdən yardım yolu irəli sürüb

   Avropa Komissiyası Qəzzaya dənizdən yardım yolu irəli sürüb
  08 Mart 2024    Oxunub:902
Avropa Komissiyası, o cümlədən Almaniya, Yunanıstan, İtaliya, Niderland, Kipr, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya və ABŞ Qəzza zolağına humanitar yardımın dəniz yolu ilə çatdırılması layihəsini açıqlayıb.
AzVision.az xəbər verir ki, bu barədə birgə bəyanatda bildirilir.

Məlumata görə, sözügedən dəniz yolu marşrutu Kiprdən başlamaqla Misir və İordaniya vasitəsilə həyata keçiriləcək. Bu münasibətilə tezliklə orada iclas baş tutacaq.

İsrail tərəfi belə bir planı dəstəklədiyini diqqətə çatdırıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Avropa-Komissiyası   Qəzza   İsrail  





Xəbər lenti