Festivala həmçinin Bakı şəhərində keçiriləcək “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” konfransında iştirak edən xarici qonaqlar da qatılıb.
Festival zamanı ölkəmizdə dini etiqad azadlığı üçün yaradılmış münbit şərait, milli-mənəvi dəyərlərə, ibadət yerlərinə göstərilən qayğı, dövlətlə dini qurumlar arasında qarşılıqlı anlaşma və əməkdaşlıqla bağlı reallıq ictimaiyyətin diqqətinə çatdırılıb. Eyni zamanda, Azərbaycanda bütün xalqların və dinlərin nümayəndələrinin hüquqlarının, etiqad azadlığının təmin olunması, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, dövlətin hər bir vətəndaşına eyni dərəcədə diqqət və qayğı göstərməsi əyani şəkildə nümayiş etdirilib.
AzVision.az