İtaliyada 1 milyon avro dəyərində zinət əşyaları oğurlanıb

   İtaliyada 1 milyon avro dəyərində zinət əşyaları oğurlanıb
  08 Mart 2024    Oxunub:1101
İtaliyanın Qardone Rivyera qəsəbəsində, Qarda gölünün yaxınlığında keçirilən sərgi zamanı oğurluq baş verib.
AzVision.az xəbər verir ki, hadisə gölün sahilində yerləşən "Vittoriale deqli italiani" malikanəsində meydana gəlib.

Məşhur heykəltaraş Umberto Mastroyanninin 1950-1990-cı illərdə hazırladığı 30 ədəd qızıl zinət əşyası (üzüklər, bilərziklər, sancaqlar, broşlar) və 20 heykəlcik malikanədə sərgidən yoxa çıxıb.

(İtaliyalı abstrakt heykəltaraş, həmçinin tanınmış aktyor Marçello Mastroyanninin əmisi Umberto Mastroyanni (1910-1998)

Məlumata görə, oğurluq faktı ötən ilin dekabrda açılan sərginin dünən bağlanış mərasimindən qabaq üzə çıxıb. Malikanənin meneceri Cordano Bruno Qerri faktı təsdiqləyib.

İtaliya polisi hadisə ilə bağlı araşdırma aparır.

Firudin Həmidli
AzVision.az


Teqlər: İtaliya   zinət-əşyası   oğurluq  





Xəbər lenti