Elnur Eltürk: "Soydaşlarımız, türk diasporu "Qarabağ"ı tək qoymayacaq"

   Elnur Eltürk:    "Soydaşlarımız, türk diasporu "Qarabağ"ı tək qoymayacaq"
  08 Mart 2024    Oxunub:1096
Avropada, xüsusilə də Almaniyada yaşayan soydaşlarımız "Qarabağ"ın "Bayer" klubu ilə cavab qarşılaşmasında komandamıza güclü dəstək verməlidirlər. Türk diaspor təşkilatları da prosesdə fəal olmalı və öz dəstəklərini göstərməlidirlər.
Bu sözləri Türk Ağsaqqalları Birliyinin sədr müavini, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk bildirib.

O qeyd edib ki, Avropada yaşayan soydaşlarımız maksimum fəallıq göstərməlidirlər: "Braqa" ilə oyunda 1500-dən çox azarkeş dəstək üçün stadionda idi. Bu dəfə isə soydaşlarımızın, azarkeşlərin sayı 3 dəfə çox olmalıdır. İnşallah belə də olacaq. Biz ümummilli məsələlərdə birləşməyi bacarırıq. "Qarabağ" bizim həm də xaricdə birliyimizin simgəsidir. Bu birliyi sona qədər qorumalıyıq".
AzVision.az



Teqlər:





Xəbər lenti