Bakı-Sumqayıt yolunda avtomobil aşıb: 3 yaralı
Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib.
Qəzada 3 nəfər şəxs (2 kişi, 1 qadın) qapalı kəllə-beyin travması alıb. 35 yaşlı qadın Kliniki Tibbi Mərkəzə, 30 yaşlı kişi Respublika Neyrocərrahiyyə Xəstəxanasına, 25 yaşlı kişi isə Respublika Klinik Xəstəxanasına yerləşdiriblər.
Hər birinə zəruri tibbi xidmətlər göstərilib.
AzVision.az